6 C
Baku
Saturday, December 14, 2024

Son 5 ayda DSMF-nin xərcləri 15% artıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin 5 ayında proqnozla müqayisədə 7 faiz və ya 168 mln. manat çox olmaqla 2 mlrd. 686 mln. manat təşkil edib.

Nazirlikdən verilən xəbərə görə, Fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları yanvar-may aylarında proqnoza nisbətən 9 faiz və ya 168 mln. manat artaraq 2 mlrd. 70 mln. manat olub.

Son 5 ayda DSMF-nin xərcləri 2 mlrd. 506 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 15 faiz və ya 328 mln. manat çoxdur.

Son xəbərlər
Digər xəbərlər