12 C
Baku
Monday, November 25, 2024

Sığorta sektorunda katastrofik risklər üçün ayrıca ehtiyatlar yaradıla bilər

Azərbaycanın sığorta sektorunda risklərin idarə edimləsi sisteminin təkmilləşdirilməsi, katastrofik risklər üçün ayrıca ehtiyatların yaradılması təklif olunur.

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında – maliyyə sektoru ilə bağlı qanun layihələrinin müzakirəsində parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib.

Bundan başqa, onun sözlərinə görə, sığorta sahəsində müstəqil ekspertlər institutunun inkişaf etdirilməsi, korporativ idarəetmə sistemini Azərbaycan Mərkəzi Bankının müəyyən etməsi də təkliflər sırasındadır.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər