Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 2023-cü ildə 10 milyard ABŞ dollarından çox olacaq.
Bu barədə “Fitch Solutions” beynəlxalq reytinq agentliyinin proqnozunda bildirilib.
Agentlik qeyd edib ki, Azərbaycan 2015-ci ildən xarici ehtiyatlarını artırmağa nail olub. Bununla belə, 2022-ci ilin sonunda AMB-nin ehtiyatları 9 milyard ABŞ dolları (idxal təminatının 5 aylıq dəyəri) təşkil edib ki, bu da 2014-cü ilin ən yüksək səviyyəsi olan 14.1 milyard ABŞ dollarından (8.0 aylıq idxal təminatı) aşağıdır.
“Fikrimizcə, 2023-cü ilin sonuna qədər ehtiyatlar 102. milyard ABŞ dollarına yüksələcək və ortamüddətli dövr üçün əlavə artımlar nəzərdə tutulur. Xarici valyuta ölkənin 2022-ci ildə ÜDM-in 29.8%-ni təşkil edən böyük cari əməliyyatlar hesabının profisiti ilə bağlı qənaətlərdən əldə ediləcək. 2023-cü ildə cari əməliyyatlar hesabının profisitinin ÜDM-in 26.9%-nə qədər azalacağını proqnozlaşdırırıq” – “Fitch Solutions” əlavə edib.