İran Rusiyaya “Şahed” pilotsuz uçan aparatların istehsalı üçün zavodun tikintisinə görə lazımi materialları verir.
Bunu ABŞ-ın Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.
“Son həftələrdə Rusiya Kiyevə zərbələr endirmək üçün İranın PUA-larından istifadə edib. Rusiya ilə İran arasında hərbi tərəfdaşlıq dərinləşir. Biz, həmçinin narahatıq ki, Rusiya İranla birlikdə PUA istehsal edir”, – Kirbi bildirib.
Onun sözlərinə görə, ABŞ İrandan Rusiyaya PUA istehsalı zavodunun tikintisi üçün avadanlıqların tədarükü barədə məlumatlara malikdir.