“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC Avro-Asiya İnşaat Korporasiyası “EVRASCON” ASC ilə 4 milyon manatlıq müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə ağır yüklər terminalının infrastrukturunun genişləndirilməsi nəzərdə tutulur.
Müqavilənin dəyəri isə 4.130.047 manatdır.
Qeyd edək ki, “Evrascon” ASC 30 aprel 2003-cü ildə qeydiyyata alınıb. Şirkətin nizamnamə kapitalı 377 290 manatdır və qanuni təmsilçisi Həmzət İsmiyev İsmayıl-Əfəndiyeviçdir.