Bu ilin yanvar-may aylarında Naxçıvan MR-nın Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 63.3 milyon manat vergi daxil olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 39.5 % çoxdur.
Bu barədə Dövlət Vergi Xidmətindən məlumat verilib.
Məlumata görə, təkcə mayda isə muxtar respublikada vergi daxilolmaları 12.3 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 31.2 % çoxdur.