“İlkin mərhələdə bizim məqsədimiz taksilərin deyil, taksi gedişlərinin sayını azaltmaqdır”.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib.
“Bu gün taksi gedişlərinin 60 %-i 1.5-3 km ətrafındadır. Bu da o məsafədir ki, ya ayaqla getmək olar, ya da ictmai nəqliyyatdan istifadə etməklə”, – deyə nazir əlavə edib.