10 C
Baku
Thursday, December 12, 2024

Ən çox oxunan kitablar

Ədəbiyyat sevənlərin əksəriyyəti kitabların ən yaxşı dost və məsləhətçi olduğunu təsdiqləyərlər.

Hər bir insan individual olduğu üçün , onların oxumaq üçün seçdiyi kitablar da müxtəlifdir.

Lakin bir sıra kitablara həm gənc , həm də yaşlı nəsil müraciət edir. Həmin kitabların siyahısı:

1 . İlk növbədə B. Eltonun “İkinci Edem” əsərini qeyd etmək lazımdır. Bu kitab özündə iki janrı – fantastika və satira janrlarını – birləşdirdiyinə görə unikal hesab olunur. Ben Elton öz əsərində ekoloji apokalipsisi təsvir etmişdi. Müəllifin sözlərinə görə, bu apokalipsis yaxın gələcəkdə yaşanacaq və Yer üzünü dəhşətli bir hala salacaq. Lakin insanlar ümidlərini itirmirlər və sağ qalmağa cəht göstərirlər. Hətta əsərdə individual biosferi ( əsərdə onlar Edem deyə adlandırılırlar ) satmaqla pul əldə etmək istəyən personajlar da var. Bu unikal əsərdə hər bir oxuyucu mütləq və asanlıqla ona aid və ehtiyyac duyduğu nə isə tapacaq.

Burada bütün müasir terminlərdən istifadə olunub.

2 . B. Verber “Mələklər imperiyası” adlı əsəri. Bu roman yenilikçi ideyalardan istifadə olunması və sadə dildə izah edilməsi ilə fərqlənir. Əsərdə müəllif ölümdən sonra həyata xüsusi baxış mövqeyisi təqdim edir. “Mələklər impreiyası” oxucunu qeyri-adi möcuzələr aləminə səyahətə aparır.

3 . Öz şəxsi işlərini qurmağı arzu edənlərə A. Parabellumunu və N. Mroçkovun “Qaydasız biznes” əsərini oxumaq məsləhət görülür. Bu kitab sizin əvəzedilməz köməkçinizə çevriləcək. Kitab real həyati nümunələrlə və təcrübədə istifadə olunan səmərəli vasitələrlə zənginləşdirilib.

4 . Soyuq bir qış gecəsində siz Vladimir Zamanskiyin “Təvəzökar kiyevlinin qeydləri” əsərini oxuya bilərsiniz. Kitabda sadə insanın qəliz həyatından bəhs edilir.

Əsər oxucuların ürəklərində böyük bir iz buraxır. Roman sadə dildə təqdim olunsa da , hər kəs tərəfində asanlıqla qavranılmır.

Bu kitab insanları başqalarının dərdlərinə, müxtəlif çətinliklərə və həyati narahatlıqlara qarşı laqeyd qalmamağı öyrədir.

Həmçinin bu əsərləri də oxumaq tövsiyə edilir: C. Ostinin “Qürur və qərəz”, Meri Şellinin “Frankeşteyn”, Çandlernin “ Dərin yuxu”, Tom Peynin “İnsan hüquqları” əsərləri.

Son xəbərlər
Digər xəbərlər