6 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanda “Apple Pay” və “Google Pay” ilə aparılmış ödənişlərin məbləği açıqlanıb

Azərbaycanda bu ilin yanvar-may aylarında “Apple Pay” və “Google Pay” həllər vasitəsilə ödənişlər müvafiq olaraq 327 milyon və 107 milyon manat təşkil edib.

Bunu Mərkəzi Bankın baş direktoru Fərid Osmanov Bakıda keçirilən “Fintech Summit 2023” – Maliyyə və Texnologiyalar Sərgisində “Müasir bankçılıq və maliyyə ekosisteminin inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu” adlı paneldə deyib.

Onun sözlərinə görə, mayın əvvəlinə Azərbaycanda ödəniş kartların sayı 18 % artıb:

“Bu kartların 70 %-indən çoxu təmassızdır. Onu da qeyd edim ki, yanvar-may aylarında nağdsız ödənişlərin həcmi 2 dəfə artaraq 12.2 milyard manat təşkil edib. Ümumi dövriyyədə nağdsız ödənişlərin çəkisi payı 11.8 faiz bəndi artaraq 52 %-ə çatıb”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər