10 C
Baku
Tuesday, November 26, 2024

DSK: Əhalinin gəlirləri 14%, ölkədə qiymətlər isə 13.1% artıb

Azərbaycanda əhalinin nominal gəlirləri 2023-cü ilin yanvar-may ayları üzrə 30 milyard 302.9 milyon manat olub.

Bu barədə Banker.az-a Dövlət Statistika Komitəsindən məlumat daxil olub.

Məlumata görə, ölkə əhalisinin nominal gəlirləri illik müqayisədə 14.7% artıb.

Əhalinin hər nəfərinə düşən nominal gəlirlər isə 2 989.1 manat təşkil edib.

Beləliklə, adambaşına düşən gəlirlər illik 14% artıb.

2023-cü ilin mayı üzrə orta illik inflyasiya 13.1% olub. Ərzaq inflyasiyası isə 15.8% təşkil edib.

Son xəbərlər
Digər xəbərlər