6 C
Baku
Sunday, December 15, 2024

“Tik-tok”dakı “zaminsiz kredit verən” səhifə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olundu

Son zamanlar “Tik-tok” sosial şəbəkəsində dələduzluq məqsədilə “Azərbaycan Kredit Bürosu”nun (AKB) loqosundan istifadə etməklə “@asankredit24saat” ünvanlı, “Asan Kredit Bürosu” adlı saxta səhifə yaradılaraq müəyyən ödəniş əsasında girovsuz və zaminsiz müxtəlif “kredit məhsulları” təklif olunmaqdadır.

Bu barədə Banker.az-a Azərbaycan Kredit Bürosundan məlumat verilir.

Bildiririk ki, müvafiq səhifədə edilən paylaşımlar həqiqəti əks etdirməməklə yanaşı, AKB-yə hər hansı aidiyyəti yoxdur.

AKB tərəfindən artıq qeyd edilən səhifə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilmişdir.

Vətəndaşlarımızı heç bir əsası olmayan bu tip səhifələrə inanmamağa, həmçinin bu kimi hallara qarşı ayıq-sayıq olmağa çağırırıq.

Əlavə olaraq qeyd edək ki, AKB yalnız kredit tarixçәsi subyektinin kredit tarixçәsini tәşkil edәn mәlumatları toplayan, saxlayan, tәhlil edən vә kredit hesabatlarını verən, eyni zamanda qanunvericiliklə müəyyən olunmuş digər fəaliyyət növlərini həyata keçirən hüquqi şәxsdir.

Eyni zamanda, bildiririk ki, AKB-nin “Tik-tok” sosial şəbəkəsində hər hansı rəsmi səhifəsi mövcud deyildir.

Son xəbərlər
Digər xəbərlər