Avropa İttifaqının (Aİ) səfirləri Rusiyaya qarşı 11-ci sanksiyalar paketinin təsdiqini iyunun 19-na qədər təxirə salıblar.
Bu barədə avropalı diplomatik mənbə məlumat verib.
“Səfirlər 11-ci sanksiyalar paketinin müzakirəsində irəliləyiş əldə ediblər, lakin hələ də yekunlaşdırılmalı olan bir neçə element var. Növbəti müzakirə gələn həftə Aİ-nin Daimi Nümayəndələr Komitəsinin iclasında aparılmalıdır”, – diplomat bildirib.