Bir dəfə yoxsul bir şəxs 500 dollar kredit götürmək üçün banka gəlir. Bank əməkdaşı ərizəni ona təqdim edərkən deyir:
— Pullar sizə nəyə görə lazımdır?
— Gümüş alıb, ondan zinət əşyası düzəldib satmaq üçün.
— Bəs girov qismində nəyiniz var?
Yoxsul şəxs çiyinlərini çəkdi:
— Bəs girov nədir?
— Bu öz dəyəri ilə kredit qarşılığında olan əmlakdır. Sizin nəqliyyat vasitəniz var?
— Bəli var, köhnə “Jiqulu”.
— Bəlkə mal-qaranız var?
— Bəli, mənim atım var.
Bankir maraqlanmağa başlayır:
— Onun neçə yaşı var?
— Bilmirəm, onun dişləri yoxdur…
Bank əməkdaşı yoxsul şəxsin halına acıyaraq ona kredit verməyə razı olur. Bir neçə həftə keçdikdən sonra həmin şəxs banka qayıdır. O bir topa pulu bank əməkdaşına uzadaraq deyir:
— Mən borcumu bağlayıram. Burada mənim banka borclu olduğum bütün məbləğ var.
— Bəs qalan pullarla nə edəcəksiniz?
— Evdə gizlədəcəm.
— Bəs onları banka yatırmaq istəmərsiniz?
— “Banka yatırmaq” nə deməkdir?
— Siz öz pullarınızı saxlamaq üçün banka etibar edirsiniz. Həmçinin istənilən vaxt onları geri götürə bilərsiniz.
Həmin şəxs bank əməkdaşına diqqətlə baxır və soruşur:
— Bəs girov olaraq nə verirsiniz?!
Comments are closed.