17 C
Baku
Friday, October 18, 2024

“Legion Financial” 8 investordan borc cəlbi ardından kapital artımına gedib

Bakı Fond Birjasından qiymətli kağız buraxmaqla faizli borc cəlb edən “Legion Financial” MMC-nin nizamnamə kapitalı artırılıb.

Banker.az xəbər verir ki, lizinq şirkətinin nizamnamə kapitalı 95 min manat və ya 5% artırılmaqla 1 milyon 875 min manata çatdırılıb.

Şirkət 2023-cü ilin 12 iyununda dövriyyəyə 500 min manat həcmində istiqraz buraxmışdı. Həmin istiqrazlar 5 il üçün buraxılıb və illik 15%-lik gəlirlilik təklif edir. Ölkənin fond birjasında ən böyük gəlirlilik təklif edən istiqrazdır. Şirkətin istiqrazları üçün 8 investor müştəri çıxmışdı. Həmin investorlardan biri ümumi paketin 245 min manatını əldə edib.

Lizinq şirkəti 2020-ci ildə yaradıb, minik avtomobillərinin maliyyə lizinq xidmətini həyata keçirir. Şirkətin nizamnamə kapitalında payı olan şəxslər: İsmayılov Turan Mübariz oğlu (48.79%), Süleymanlı Rahim Rəhman oğlu (34.98%) və Soltanov Rövşən Rafiq oğludur (15.61%).

Son xəbərlər
Digər xəbərlər