“BP Azərbaycan”ın ölkədə distrübüter olan şirkətinin kapitalı kəskin azaldılıb.
Banker.az xəbər verir ki, “Petrokem Qrup” MMC-nin nizamnamə kapitalı azaldılaraq 10 951 100 manat müəyyən edilir. Buna qədər şirkətin nizamnamə kapitalı 13 090 000 manat idi.
Belə ki, şirkətin kapitalından 2 138 900 manat geri çəkilir.
“Petrochem” şirkətlər qrupu 1992-cü ildən başlayaraq BP şirkətinin Azərbacyanda sürtkü yağları üzrə eksklüziv distribyutorudur.
“Petrochem Group” şirkəti “Azəri-Çıraq-Günəşli” (AÇG), “Şahdəniz”, “Bakı-Tbilisi-Ceyhan” (BTC) və “Cənubi Qafqaz” boru kəməri (CQBK) obyektlərinə dəstək üçün inventarın idarə olunması, tələblərin planlaşdırılması və mütəxəssis məsləhətləri verilməsini yerinə yetirir.