9 C
Baku
Monday, November 18, 2024

Stoltenberqin səlahiyyət müddəti daha 1 il uzadılacaq

NATO Baş katibi Yens Stoltenberqin səlahiyyət müddətinin daha bir 1 il uzadılacağı gözlənilir.

Bu barədə “Reuters“ agentliyi iki mənbəyə istinadən məlumat yayıb.

Alyansda əksəriyyət norveçli siyasətçinin NATO-ya effektiv liderlik etdiyi qənaətindədir. Digər tərəfdən, NATO üzvləri hələ Yens Stoltenberqi əvəzləyə biləcək mümkün namizədlə bağlı yekdil rəyə də gələ bilməyiblər. Qeyd edilib ki, ABŞ Administrasiyası da Yens Stoltenberqin səlahiyyət müddətinin daha 1 il uzadılması ideyasını dəstəkləyir, Prezident Co Bayden onun bu ağır dövrdə səlahiyyətlərini effektiv yerinə yetirdiyini düşünür.

Qeyd edək ki, Yens Stoltenberq NATO-ya artıq 9 ildir ki, rəhbərlik edir və bu ilin sentyabrında postunu tərk etməyi planlaşdırır. NATO üzvləri isə Vilnüs sammitində Ukraynada müharibənin davam etməsi fonunda Alyansın Baş katibi məsələsində fikir ayrılıqlarının qarşısının alınması üçün Yens Stoltenberqin səlahiyyət müddətinin daha 1 il uzadılmasını məqbul sayırlar.

Son xəbərlər
Digər xəbərlər