İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi publik hüquqi şəxs “Ricon” MMC ilə 3 milyon manatlıq müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə “Nərimanov Tibb Mərkəzi” publik hüquqi şəxsin 1 saylı poliklinika şöbəsinin əsaslı təmiri işlərinin satın alınması nəzərdə tutulur.
Müqavilənin dəyəri isə 2.772.468 manatdır.
Qeyd edək ki, “Ricon” MMC 2003-cü ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 20 manatdır və qanuni təmsilçisi Rəşad İsmayılovdur.