Bu gün, iyunun 21-i səhər saat 8:19-a olan məlumata görə, “Bitcoin”in məzənnəsi dollara nisbətdə 6.76% artaraq 28.8 min dollara çatıb ki, bu da “Coindesk” məlumatlarına görə mayın əvvəlindən bəri ən yüksək dəyərdir.
Banker.az bu barədə Kommersant-a istinadən xəbər verir.
“Bloomberg”in vurğuladığı kimi, artım kriptovalyutanın maliyyə bazarının əsas oyunçuları – “Citadel Securities”, “Fidelity Digital Assets” və “Charles Schwab Corp” tərəfindən dəstəklənməsi ilə bağlıdır. Rəqəmsal valyutanın məzənnəsinə “BlackRock Inc” investisiya şirkətlərinin qərarı da təsir edib.
Agentlik qeyd edir ki, bu xəbər kriptovalyuta bazarındakı son inkişaflardan narahat olan kriptovalyuta investorlarının nikbinliyinə töhfə verib. Söhbət xüsusilə ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasının (SEC) “Binance” kriptovalyuta birjasını və onun təsisçisi Changpeng Zhaonu ABŞ qanunlarını pozmaq ittihamı ilə məhkəməyə vermək barədə 5 iyun tarixli qərarından gedir.
Bundan əlavə, SEC ABŞ-ın ən böyük kriptovalyuta platforması olan “Coinbase”ə qarşı məhkəmə iddiası qaldırıb, hansı ki lisenziyasız kriptovalyuta ticarətində ittiham olunur. Bunun fonunda iyunun əvvəlində bitkoinin dollara nisbətdə məzənnəsi 5%, “Binance tokenlərinin məzənnəsi isə 9.2% azalıb.