6 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanda istehsalçı qiymətləri indeksi düşməkdədir

Azərbaycanda emal sənayesi üzrə istehsalçı qiymətləri indeksi (PPI) 2023-cü ilin mayında illik 8.3%-dən 6.5%-ə düşüb.

Banker.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat verir.

İstehsalçı qiyməti – əlavə dəyər vergisi, aksizlər və s. vergi ödəmələri, məhsulun maya dəyərinə aid olmayan daşınma xərcləri nəzərə alınmadan, istehsalçının öz məhsulunu istehlakçıya satdığı qiymətdir.

Qida üzrə istehsalçılar indeksi mayda 8.2%-dən 7.6%-ə, içki istehsalçıları indeksi 20.1%-dən 18.4%-ə, tütün istehsalçıları üzrə 13.1%-dən 12.5%-ə qədər düşüb.

İqtisadi fəaliyyət növləri üzrə sənaye məhsullarının istehsalçı qiymət indeksləri:

İqtisadi fəaliyyət növü aprel may
Emal sənayesi 8.3 6.5
qida məhsullarının istehsalı 8.2 7.6
içki istehsalı 20.1 18.4
tütün məmulatlarının istehsalı 13.1 12.5
toxuculuq sənayesi 8.9 8.5
geyim istehsalı 14.3 13.5
dəri, dəridən məmulatların, ayaqqabıların istehsalı 7.9 7.0
ağac emalı və ağacdan məmulatların istehsalı 15.1 15.0
kağız və karton istehsalı -0.9 -0.7
poliqrafiya fəaliyyəti 13.5 11.9
neft məhsullarının istehsalı 9.9 5.1
kimya sənayesi -5.6 -6.5
əczaçılıq məhsullarının istehsalı 2.6 2.8
rezin və plastik kütlə məmulatlarının istehsalı 9.8 8.7
tikinti materiallarının istehsalı 8.2 7.9
metallurgiya sənayesi 2.0 0.8
maşın və avadanlıqlardan başqa hazır metal məmulatlarının istehsalı 7.7 7.2
kompüter və digər elektron avadanlıqların istehsalı 3.4 3.0
elektrik avadanlıqlarının istehsalı 0.4 0.5
maşın və avadanlıqların istehsalı 6.2 5.8
avtomobil və qoşquların istehsalı 2.9 3.2
mebel istehsalı 16.5 16.8
zərgərlik məmulatları, musiqi alətləri, idman və tibb avadanlıqlarının istehsalı 6.9 6.1
maşın və avadanlıqların quraşdırılması və təmiri 3.9 3.9

 

Son xəbərlər
Digər xəbərlər