“Ultra Technologies” şirkətinin mənfəəti 2 dəfəyədək azalıb

Ultra Technologies MMC 2021-ci ili 2 milyon 401 min manat xalis mənfəətlə başa vurub. Əvvəlki ildə şirkətin mənfəəti 4 milyon 191 min manat olub ki, bu da illik müqayisədə 1.7 dəfə azalma deməkdir.

Banker.az bu barədə MMC-nin maliyyə hesabatına istinadən xəbər verir.

2021-ci ildə “Ultra Technologies” MMC-nin satışdan gəliri 17 milyon 976 min manat (əvvəlki ilə nisbətən 31% az), satışın maya dəyəri 12 milyon 863 min manat (34% az), inzibati xərcləri 1 milyon 681 min manat (15% az) təşkil edib.

Hesabat dövründə şirkətin cəmi aktivləri 10 milyon 441 min manat olub ki, bu da illik müqayisədə 11% artımdır. “Ultra Technologies” MMC-nin cəmi öhdəlikləri 3 milyon 206 min manatdan 5 milyon 406 min manata çatıb, cəmi kapitalı isə 6 milyon 205 min manatdan 5 milyon 34 min manata çatıb.

Xatırladaq ki, “Ultra Technologies” 1999-cu ildə təsis edilib. Hal-hazırda “HP”, “Oracle”, “Cisco”, “IBM”, “Kingston”, “Tunçmatik”, “Rittal”, “AHA”, “MiSys” və bir sıra digər məşhur İT korporasiyalarının rəsmi statuslu tərəfdaşıdır.u1 u2

 

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər