14 C
Baku
Saturday, November 23, 2024

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin qurumu ötən ili zərər edib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi  “Hərbiləşdirilmiş Mühafizə İdarəsi” MMC 2022-ci ili 280.67 min manat xalis zərər edib.

Banker.az xəbər verir ki, bu barədə qurumun maliyyə hesabatına istinadən xəbər verir.

Halbuki, 2021-ci ildə 179.64 min manat həcmində xalis mənfəət əldə etmişdi.

2022-ci il üzrə cəmi gəlirləri illik müqayisədə 1 mln. 775.99 min manat və ya 26% artımla 8 mln. 621 min manata yüksəlib.

Xidmətin maya dəyəri isə illik müqayisədə 34% artaraq 7 mln. 752.72 min manat olub. Bununla da onun ümumi mənfəəti 2021-ci ildə 1 mln. 46.71 min manat olduğu halda, 2022-ci ildə 868.28 min manata düşüb.

“Hərbiləşdirilmiş Mühafizə İdarəsi” MMC-nin cəmi aktivlərinin  həcmi illik  müqayisədə 30% azalaraq 619.72 min manata, cəmi öhdəliklərinin həcmi 3% azalaraq 604.38 min manata və cəmi kapital isə yığılmış zərərin artması səbəbindən 95% azalaraq 15.34 min manata düşüb.

“Hərbiləşdirilmiş Mühafizə İdarəsi” MMC – Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliyinin strukturuna daxil olan qurumlarda və struktura daxil olmayan tabeliyindəki qurumlarda, habelə digər qeyri-nəqliyyat və rabitə obyektlərində mühafizə, nəzarət-buraxılış rejimi, yanğın təhlükəsizliyi, baş verə biləcək təxribatlara və digər neqativ hallara qarşı mübarizə, həmçinin digər təhlükəsizlik tədbirləri həyata keçirən mühafizə xidməti qurumudur.

21 3123312313

Son xəbərlər
Digər xəbərlər