Ukrayna Silahlı Qüvvələri ölkənin şərqində eyni vaxtda bir neçə istiqamətdə hücuma keçib.
Bu barədə “RBC-Ukraina” Ukrayna müdafiə nazirinin müavini Anna Malyara istinadən xəbər verir.
“Bütün istiqamətlərində ağır döyüşlər davam edir. Müdafiəyə çəkilən düşmən bizim hücum hərəkətlərimizi dayandırmaq üçün çoxlu səylər göstərir”, – Malyar bildirib.
Eyni zamanda, o qeyd edib ki, Rusiya tərəfi xeyli canlı qüvvə, silah və texnika itkisi verir.