10 C
Baku
Tuesday, November 26, 2024

Mərkəzi Bankda BOKT-lərin fəaliyyəti müzakirə olunub

Azərbaycan Mərkəzi Bankının sədri (AMB) Taleh Kazımov “Azərbaycan Mikromaliyyə Assosiasiyası” İctimai Birliyinin və ona üzv təşkilatların rəhbərləri ilə görüşüb.

Banker.az xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov “Twitter” hesabında qeyd edib. O bildirib ki, görüşdə BOKT-lərin fəaliyyətinin genişləndirilməsi müzakirə edilib.

 

“Görüşdə Azərbaycanda maliyyə sektorunun inkişafı, o cümlədən BOKT-lərin fəaliyyətinin genişləndirilməsi, regionlarda sahibkarların maliyyəyə çıxış imkanlarının artırılması istiqamətində müzakirələr apardıq”, – deyə baş bankir əlavə edib.

Son xəbərlər
Digər xəbərlər