13 C
Baku
Sunday, November 24, 2024

ABŞ Tayvana 440 milyon dollarlıq sursat və avadanlıq satışına icazə verib

ABŞ Dövlət Departamenti ümumi məbləği 440 milyon dollar olan iki sorğuda Tayvana sursat və avadanlıq satışına icazə verib.

Bu barədə ABŞ Müdafiə Nazirliyinin Təhlükəsizlik üzrə Əməkdaşlıq Agentliyi məlumat yayıb.

Dövlət Departamenti Tayvanın səfirliyi kimi fəaliyyət göstərən ABŞ-dakı Taypey İqtisadi və Mədəniyyət Nümayəndəliyinə 332,2 milyon dollar dəyərində 30 mm-lik sursat, o cümlədən avadanlıq, silah və tələb olunan proqram təminatı üçün 108 milyon dollarlıq ehtiyat hissələrinin mümkün satışını təsdiqləyib.

Agentlik qeyd edib ki, nümayəndəlik həm döyüş, həm də təlim mərmiləri tələb edib.

Pentaqon hesab edir ki, potensial satış Tayvana təhlükəsizliyi yaxşılaşdırmağa, həmçinin regionda siyasi sabitliyi, hərbi balansı və iqtisadi tərəqqini qorumağa imkan verəcək.

Son xəbərlər
Digər xəbərlər