6 C
Baku
Monday, January 6, 2025

“Apple”ın bazar qiyməti 3 trilyon dolları keçib

“Apple” şirkətinin kapitallaşması tarixdə ikinci dəfə 3 trilyon ABŞ dollarını ötüb.

Bu barədə ABŞ-ın “Nasdaq” birjasının məlumatında deyilir.

Hərracda yerli vaxtla saat 09:42-dən sonra səhmlərin dəyəri təxminən 1,38% artaraq 192,21 dollardan yuxarı olub, nəticədə şirkətin kapitallaşması 3 trilyon dolları ötüb.

Qeyd edək ki, bu artım ilk dəfə 2022-ci ilin yanvarında qeydə alınıb.

Son xəbərlər
Digər xəbərlər