1 C
Baku
Tuesday, January 20, 2026

Dünyanın ən varlı adamları 2023-cü ilin əvvəlindən 9.3 mlrd. dollarlıq səhm satıblar

Dünyanın 21 ən varlı milyarderi 2023-cü ilin birinci yarısında ABŞ-da siyahıya alınmış şirkətlərdən ümumilikdə 9.3 milyard dollarlıq satıb. Milyarderlər Rob Uolton, Co Gebbia və Larry Ellison səhmlərini mənfəətlə satan iş adamları arasındadır.

Xüsusilə, Rob Uoltonun 1.1 milyard dollar dəyərində “Walmart” səhmlərini satması qeyd olunur. Bundan başqa, milyarder Co Gebbia 890 milyon dollara “Airbnb” icarə xidmətinin səhmlərini, milyarder Larri Ellison isə 850 milyon dollara “Oracle Corporation” səhmlərini satıb, Banker.az bu barədə Kommersant-a istinadən xəbər verir.

Apreldə məlumat verilmişdi ki, “Forbes”in tərtib etdiyi dünyanın ən varlı milyarderləri reytinqində lider dəyişib – siyahıya ilk dəfə olaraq “Louis Vuitton” və “Dior” şirkətlərinin sahibi Bernard Arno başçılıq edib. Eyni zamanda, nəşrin hesablamalarına görə, siyahıdakı milyarderlərin demək olar ki, yarısı son bir ildə yoxsullaşıb. Buna misal olaraq, bir il ərzində təxminən 40 milyard dollar itirmiş əvvəlki “Forbes” siyahısının lideri İlon Maskı göstərmək olar.

Son xəbərlər
Digər xəbərlər