Hindistan xarici işlər nazirinin müavini, Xarici İşlər Nazirliyinin Qərb istiqaməti üzrə katibi Sanjay Verma Bakıya gəlib.
Bu barədə Hindistanın Bakıdakı səfirliyindən məlumat verilib.
Səfərin məqsədi Qoşulmama Hərəkatı Əlaqələndirmə Bürosunun nazirlər səviyyəsində keçiriləcək iclasında iştirak etməkdir.
Xatırladaq ki, Bakıda iyulun 5-6-da Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlərinin iclası keçiriləcək. İclas “Qoşulmama Hərəkatı: yaranan çağırışlara qarşı vahidlik və sarsılmazlıq” mövzusuna həsr olunacaq.