1 C
Baku
Saturday, December 14, 2024

Bəzi agentliklərin lisenziyası ləğv edildi (VİDEO)

ANS TV-nin məlumatına görə, sığorta müqavilələrinin elektronlaşdırılması bu sahə üzrə agentlərin işini məhdudlaşdıra bilər. Hazırda bu fəaliyyət növü üzrə 900-ə qədər şəxsMaliyyə Nazirliyindən litsenziya alıb. Amma onların heç də hamısı aktiv fəaliyyətlə məşğul olmur. Vaxtlı-vaxtında hesabatlarını təqdim etmir. Hətta Dövlət Sığorta Nəzarəti Xidməti100-ə qədər agentin lisenziyasını ləğv edib.
Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi Namiq Xəlilov deyir ki, artıq o sahəyə maraq olmadığı üçün heç kim işləmək istəmir və hesabat da vermir.

Maraqlıdır ki, agentlərin fəaliyyətindən heç sığorta şirkətləri də razı deyil.

Sığorta şirkətinin rəhbəri Aydın Rəhmanov isə qeyd edir ki, agentliklər az enerji serf etmeklə çox pul qazanmaq arzusundadır. Bu isə ancaq icbari sahələrdə ola bilər.

Agentlər isə bu sahəyə marağın azalmasını onların işinə lazımsız inzibati müdaxilələrin olması və vergi yükünün artması ilə izah edirlər. Əgər əvvəl sığorta agentləri 4 fazlik sadələşdirlimiş vergi ödəyirdilərsə artıq onlardan 20 faizlə gəlir vergisi tutulur.

[su_youtube url=”https://www.youtube.com/watch?v=IfBBDbSoSAI”]

Son xəbərlər
Digər xəbərlər