7 C
Baku
Thursday, December 12, 2024

Bu il ölkədə korporativ istiqrazlarla repo əməliyyatları 11 dəfə böyüyüb

Azərbaycanda 2023-cü ilin ilk yarısında repo əməliyyatlarının həcmi 3 mlrd. 928.98 mln. manata yüksəlib.

Banker.az xəbər verir ki, bu barədə Bakı Fond Birjasının 2023-cü ilin yanvar-iyun yarımilliyi üçün təqdim etdiyi göstəricilərdə bildirilir.

Repo əməliyyatları illik müqayisədə 952.17 milyon və ya 32% artıb.

Repo – tərəflər arasında dövlət və korporativ qiymətli kağızları ilə repo və əks-repo əməliyyatları bağlanıldığı bazardır. Repo bazarı bazar iştirakçıları üçün qısamüddətli borc cəlb etmə imkanları təqdim edir. Bazar iştirakçıları burada öz aralarında repo əməliyyatları bağlayaraq qısamüddətli maliyyə ehtiyaclarını təmin edə bilərlər.

Repo əməliyyatı isə repo predmeti olan investisiya qiymətli kağızlarının əvvəlcədən müəyyən edilmiş şərtlərlə geri satın alınması (satılması) öhdəliyi ilə satılmasıdır (alınmasıdır).

2023-cü ilin ilk yarısında repo əməliyyatlarının 78.6%-i və ya 3 mlrd. 88.95 mln. manatı Maliyyə Nazirliyinin dövlət istiqrazları ilə aparılıb. Mərkəzi Bankın notları üzrə isə cəmi 574.51 milyon manatlıq repo əməliyyatı aparılıb ki, bu, illik 50.9% azalmadır.

Korporativ (özəl şirkətlər, banklar) qiymətli kağızlar üzrə repo əməliyyatları isə illik müqayisədə 241.7 mln. manat və ya 11 dəfə artımla 265.52 mln. manata yüksəlib.

Ölkədə bazar iştirakçıları arasında manat faiz dərəcələrində istinad rolunu oynayan AINA (Azn INdex Average) 25 iyun tarixi üzrə – 1W AINA AO (6-8 gün) üzrə 4.50%, 2W AINAAO (13-15 gün) üzrə 5.00% təşkil etmişdir. Banklararası əqdlər əsasında hesablanan repo istinad faiz indeksi 1W AINAIB (6-8 gün) üzrə 4,50%, 2W AINAIB (13-15 gün) üzrə 5.00% təşkil edib.

Son xəbərlər
Digər xəbərlər