9 C
Baku
Monday, November 18, 2024

Dövlət Xidməti yeddi kolbasa istehsalçısına qarşı iş qaldırıb

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti (AİBNDX) kolbasa istehsal edən yeddi şirkətə qarşı iş qaldırıb.

Banker.az xəbər verir ki, AİBNDX-in baxılacaq işlərlə bağlı cədvəlində bildirilir.

AİBNDX  kolbasa istehsalçıları “AL-SANA” MMC, “Sevilən Ad” MMC, “Səhliyalı” Kiçik Müəssisəsi, “MİR-2016” MMC, “Hakan Foods Azerbaijan Trading” MMC, fiziki şəxs Vüqar Tahirov və fiziki şəxs Rövşən Məmmədov haqqında iş qaldırıb.

Qaldırılan iş – ət məhsullarının istehsalı və satışı zamanı əmtəənin keyfiyyəti və başqa xassələri barədə istehlakçını çaşdıra bilən hər hansı məlumatlardan istifadə edilməklə haqsız rəqabətə yol vermə əlamətləri üzrədir. Qeyd edilən işlərə İyul ayı ərzində baxılacaq.

Qeyd edək ki, “Sevilən Ad” MMC “Əsl Dad”, “Dilim-Dilim” markalı, “AL-SANA” MMC “Payım” markalı, “Səhliyalı” Kiçik Müəssisəsi “100 bərəkət Halal Nemət”, “Səhliyalı”, “Halal 5+” markalı, “MİR-2016” MMC “Köhnə Dad” markalı,  “Hakan Foods Azerbaijan Trading” MMC “Kral” markalı, Vüqar Tahirov  “Best Beef” və “Ocaq” markalı, Rövşən Məmmədov “Dadlıca” marakalı kolbasa və sosiskaların istehsalçısıdır.

Xatırladaq ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi müəyyən etmişdi ki, kolbasa və sosiska istehsalçıları üzərində mal əti yazdıqları halda alıcılara mal ətinin DNT-si aşkar edilməmişdi. Bildirilir di ki, toyuq ətindən hazırlanmış məhsullar satıblar.

Son xəbərlər
Digər xəbərlər