11 C
Baku
Tuesday, November 26, 2024

Azərbaycanda son 15 ildə 2500 yaxın şəxs vətəndaşlığa qəbul edilib

“1988-ci ildən başlayaraq Ermənistanın etnik təmizləmə siyasətinin qurbanına çevrilmiş 250 min soydaşımızın vətəndaşlıq hüququ pozulub və onların bu hüquqlarının bərpa olunması ilə bağlı Azərbaycan hökuməti tərəfindən müvafiq işlər görülüb”.

Bu sözləri Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov “Vətəndaşsızlıq üzrə Yüksək Səviyyəli Konfrans”da deyib.

Onun sözlərinə görə, son 15 ildə Azərbaycanda 2500 yaxın vətəndaşsızlığı olan şəxs vətəndaşlığa qəbul edilib, 6 mindən çox vətəndaşlığı olmayan şəxsin isə vətəndaşlıq mənsubiyyəti tanınıb: “Dövlət Miqrasiya Xidmətinin fəaliyyət istiqamətlərindən biri də vətəndaşsızlıq hallarının aradan qaldırılması və qarşısının alınmasıdır”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər