13 C
Baku
Sunday, September 29, 2024

Prokurorluq Yerin təki ilə bağlı qaydaların pozulmasına görə bölgələrdə araşdırma aparır

Yerin təkinin qorunması və istifadəsi qaydalarını pozulması ilə bağlı Baş Prokurorluq tərəfindən ölkənin müxtəlif bölgələrində araşdırmalar aparılır.

Baş Prokurorluğun Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə keçirdiyi “Ekologiyanın mühafizəsi” ilə bağlı mətbuat konfransında Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayev deyib.

O bildirib ki, Qax, Ağstafa, Şəmkir, Lənkəran, Quba və Tərtər və başqa rayonlarında yerin təkinin qorunması və istifadəsi qaydalarını pozulması barədə 30-a yaxın məlumat araşdırılır:

“Əksər hallarda qanun pozuntusuna yol vermiş fiziki və hüquqi şəxslər tərəfindən ətraf mühitə vurulmuş ziyan tam şəkildə bərpa olunub, bununla yanaşı 3 hal üzrə cinayət işi başlanılaraq istintaq olunması üçün Baş Prokurorluğun İstintaq İdarəsinə göndərilib”.

Son xəbərlər
Digər xəbərlər