22 C
Baku
Friday, September 20, 2024

“Binəqədi Oyl Kompani” 25 min manatadək cərimə edilə bilər

“Binəqədi Oyl Kompani” şirkətinin Azərbaycan Respublikasındakı filialı cərimələnir.

Banker.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə cərimə protokolu tərtib edib, Binəqədi Rayon Məhkəməsinə göndərib.

İXM-in 192.1-ci maddəsinə görə, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər 1000 manatdan 2000 manatadək məbləğdə, vəzifəli şəxslər 3000 manatdan 5000 manatadək məbləğdə, hüquqi şəxslər 20 000 manatdan 25 000 manatadək məbləğdə cərimə edilir.

Dövlət Əmək Müfəttişliyi Xidməti “Binəqədi Oyl Kompani” şirkəti barəsində inzibati xətanı Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsində sübut edərsə, o zaman iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilə bilər.

Son xəbərlər
Digər xəbərlər