14 C
Baku
Sunday, November 24, 2024

ABŞ neftin qiyməti üzrə proqnozunu açıqlayıb

ABŞ Energetika Nazirliyi 2023-cü ildə “Brent” markalı etalon neftin orta qiyməti ilə bağlı proqnozunu 79.54 dollardan 79.34 dollaradək endirib.

ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyasının (EIA) hesabatına əsasən, 2024-cü ildə neftin qiyməti 83.51 dollar təşkil edə bilər (proqnoz dəyişməyib).

Hesabata əsasən, WTI markalı xam neftin bir barelinin orta qiymətinin 2023-cü ildə 74.43 dollar (öncəki proqnoz – 74.6 dollar), 2024-cü ildə isə 78.51 dollar (proqnoz dəyişməyib) səviyyəsində olacağı ehtimal olunur.

Qeyd olunur ki, ötən il “Brent”in ortalama qiyməti 100.94 dollar, WTI-ın isə 94.91 dollar təşkil edib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər