Azərbaycanda fiziki şəxs Zeynalova Sevda Nofəl qızına məxsus “Abşirin Su” əmtəəli nişanlı sularda da uyğunsuzluq aşkar edilib.
Banker xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) açıqlama yayıb.
Belə ki, suyun mənbəyi quyu suyu olduğu halda, üzərində “təbii içməli su” qeyd edilib.
Uyğunsuzluqlarla əlaqədar görülmüş tədbir nəticəsində “təbii içməli su” sözləri “təmizlənmiş içməli quyu suyu” ilə əvəzlənib.