9 C
Baku
Sunday, November 17, 2024

Beynəlxalq Enerji Agentliyi qlobal neft hasilatı üzrə proqnozunu açıqlayıb

Beynəlxalq Enerji Agentliyi (IEA) 2023-cü il üçün gündəlik qlobal neft hasilatı ilə bağlı proqnozunu artırıb.

Bu barədə Beynəlxalq Enerji Agentliyinin aylıq hesabatında bildirilir.

Hesabata əsasən, 2023-cü ildə gündəlik qlobal neft hasilatı 1.6 mln. barel artaraq 101.5 mln. barelə çatacağı proqnozlaşdırılır.

Bir ay əvvəl IEA 2023-cü ildə gündəlik qlobal neft hasilatının 1.4 mln. barel artaraq 101.3 mln. barelə çatacağını proqnozlaşdırmışdı.

Hesabatda həmçinin qeyd olunur ki, Agentlik “OPEC+” razılaşmasına daxil olmayan ölkələrdə gündəlik neft hasilatının 2023-cü ildə 1.9 mln. barel, 2024-cü ildə isə 1.2 mln. barel artacağını gözləyir.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər