Xəzər Beynəlxalq İnvestisiya Şirkətinin (XBİŞ, CIIC) payı olduğu iki şirkətin rəhbəri dəyişib.
Banker.az xəbər verir ki, bu günə qədər hər iki şirkət – “A Agro” MMC və “Agro Trading” MMC-nin rəhbəri Pərviz Haqverdiyev Cümşüd oğlu vəzifəsindən azad edilib.
Beləliklə, Seymur Nəsibov Hamlet oğlu “A Agro” MMC-nin rəhbəri, Ənvər Əfəndiyev Rauf oğlu “Agro Trading” MMC-nin rəhbəri təyin edilib.
“A Agro” MMC – 2010-cu ilin mart ayında, XBİŞ ölkədə ən iri kahı istehsalçılarından biri ilə birləşib Bakı ətrafında yerləşən A Agro şirkətinin təməlini qoyub. Şirkət keytrinq və restoran biznesində fəaliyyat göstərən bir çox şirkətlərnən uöurlu əməkdaşlıq bağları qurub. Ortaq: Hüquqi şəxs. XBİŞ-in payı 68%-dir.
“Agro Trading” MMC – investisiya portfelinin diversifikasiyası və ölkənin eksport potensialını dəstəkləmək məqsədilə 2016-cı ilin oktyabırında XBİŞ ticarət şirkəti yaradıb. Şirkətin əsas məqsədi qonşu ölkələrin bazarına mövsüm məhsullarının, əsasən meyvə və tərəvəzin eksportudur. XBİŞ-in payı 53%-dir.
Xəzər Beynəlxalq İnvestisiya Şirkəti 2008-ci ilin mart ayında Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) və Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) tərəfindən Azərbaycanın qeyri-neft sektorunun genişləndirilməsi, İslam prinsiplərinə əsaslanan investisiyaların təşviq edilməsi və yerli iqtisadiyyatın inkişafına töhfə verilməsi məqsədləri ilə yaradılmışdır. Sonrakı illər ərzində körfəz regionunu təmsil edən digər səhmdarlar Şirkətin səhmlərini əldə etmişdirlər. XBİŞ-in əsas hədəfi beynəlxalq investorların sürətlə inkişaf edən Azərbaycanın iqtisadiyyat bazarına daxil olmaları üçün investisiya aləti kimi xidmət göstərməkdir.