İyulun 18-də Türkiyə lirəsinin Azərbaycan manatına qarşı rəsmi məzənnəsi daha 0.62% azalaraq 0.0645 manat təşkil edib.
Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankının göstəricilərinə istinadən xəbər verir.
2023-cü ilin iyulun 17-də lirənin məzənnəsi 0.0649 manat olub.
Qeyd edək ki, türkiyə valyutası taxıl müqaviləsi ətrafında yaranmış vəziyyət fonunda dollar və avro qarşısında dəyər itirməyə başlayıb.