10 C
Baku
Thursday, December 12, 2024

İlk beş ayda şirkətlər ₼5 mlrd. mənfəət vergisi ödəyiblər

Azərbaycanda dövlət büdcəsinin gəlirləri 2023-cü ilin ilk 5 ayında 9% artaraq 13 mlrd. 961 milyon manata yüksəlib.

Banker.az Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, bunun da əsasını hüquqi şəxslərin mənfəət vergisi təşkil edib.

Hüquqi şəxslərin mənfəət vergisi ödənişinin həcmi illik 14% artaraq 5.05 mlrd. manata, ƏDV 9% artaraq 3.43 mlrd. manata, fiziki şəxslərin gəlir vergisi 14% artaraq 665 mln. manata, aksiz vergilər isə 7% artaraq 540 mln. manata yüksəlib.

İlin yanvar-may ayları dövlət büdcəsinin gəlirləri
2023 2022 İllik +/-
Gəlirlər – cəmi    13,961.0    12,446.3 12%
o cümlədən:
Fiziki şəxslərin gəlir vergisi        665.1        583.0 14%
Hüquqi şəxslərin mənfəət (gəlir) vergisi      5,053.8      2,824.0 79%
Torpaq vergisi          15.1          14.1 7%
Əmlak vergisi        124.9        115.1 9%
Əlavə dəyər vergisi      3,428.5      2,829.7 21%
Sadələşdirilmiş vergi        156.5        147.8 6%
Aksiz        540.5        503.9 7%
Yol vergisi          59.1          56.3 5%
Mədən vergisi          59.7          63.8 -6%
Xarici iqtisadi fəaliyyətlə bağlı vergilər        682.3        611.2 12%
Digər daxilolmalar      3,175.5      4,697.6 -32%

 

Məlumat üçün bildirək ki, şirkətlərin bütün gəlirləri ilə gəlirdən çıxılan xərc arasındakı fərq mənfəətdir. Mənfəət vergisi də bu mənfəətin müəyyən edilmiş faiz dərəcəsinə vurulması ilə müəyyən edilir. Hazırda mənfəət vergisi 20% olsa da bu şirkətlərin öncəki maliyyə durumlarına (məsələn yığılmış zərərə görə) fərqli hesablanır.

AR Vergi Məcəlləsinin 105-ci maddəsinə əsasən müəssisələrin mənfəətindən 20% dərəcəsi ilə vergi tutulur.

Məsələn, müəssisənin hesabat ilində mühasibat mənfəəti 200 000 manat olub. Müəssisə mühasibat uçotunda avadanlıqlara düz xətt metodu ilə, vergi uçotunda isə azalan qalıq metodu ilə amotizasiya xərcləri hesablayır. Hesabat ilində amortizasiya xərcləri mühasibat uçotunda 87 500 manat, vergi uçotunda isə 70 000 manat olub. Fərq 17 500 manat təşkil edir. Beləliklə, mühasibat mənfəəti ilə vergi mənfəəti arasındakı fərq 17 500 manat olacaq. Vergi mənfəəti olacaq 217 500 manat, mənfəət vergisi isə 43 500 manat.

Son xəbərlər
Digər xəbərlər