“Tesla” avtomobillərinə günəş enerjisi ilə yükləmə funksiyası əlavə edilib, Banker.az bu barədə İnc.ru-ya istinadən xəbər verir. “Charge on Solar” adlanan bu yenilik hələki yalnız ABŞ və Kanadada əlçatandır.
Şirkət bu funksiyanı may ayında təqdim etsə də, hələ indi aktivləşdirib. İstehsalçının dediyinə görə, “Charge on Solar” funksiyası sürücülərə yükləmə prosesi üzərində daha güclü nəzarət imkanını verir.
İyun ayında “Anker” şirkəti evləri elektrik enerjisi ilə təmin etmək üçün yeni “Solix” günəş batareyalarını təqdim edib. İstehsalçı həmçinin “Tesla Powerwall”a bənzər ev günəş enerjisi saxlama sistemini yaradıb. O, modul şəkildə tərtib edilib və yalnız 5 kVt və ya 180 kVt-lıq batareya ilə təchiz oluna bilir.