Səudiyyə Ərəbistanı və Türkiyə prezident Rəcəb Tayyib Ərdoğanın krallığa səfəri zamanı enerji sektorunda əməkdaşlığa dair anlaşma memorandumu imzalayıblar ki, bu da xüsusilə neft-qaz sektorunda əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.
Memorandumu Səudiyyə Ərəbistanının energetika naziri Abdel Əziz bin Salman Əl Səud və Türkiyənin enerji və təbii ehtiyatlar naziri Alparslan Bayraktar imzalayıb.
Tərəflər enerji sektorunda rəqəmsal transformasiyanı, innovasiyaları, süni intellektdən istifadəni və kibertəhlükəsizliyi təşviq etmək üçün müasir texnologiyaların, xüsusilə akkumulyatorların istifadəsi və tətbiqi üzrə birgə işləməli olacaqlar.
Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin cənub-şərqində yeni neft yataqlarının tapıldığını bildirmişdi .
Onun sözlərinə görə, aşkar edilmiş yataqların məhsuldarlığı sutkada təxminən 100 min barel təşkil edir.