®Yelo Bank 2023-ci ilin ikinci rübü üzrə maliyyə hesabatını açıqladı. Hesabata görə Bankın əsas maliyyə göstəricilərində pozitiv artım dinamikası davam edir. Cari ilin ilk 6 ayı ərzində Yelo Bank-ın xalis mənfəəti 8.7 mln manat olub. Bankın cəmi aktivləri ötən ilin sonu ili müqayisədə 25 mln artaraq 847 mln manatı ötüb.
Hesabat dövrü üzrə Bankın faiz gəlirləri 2022-ci ilin analoji dövrü ilə müqayisədə 33% artaraq 52 mln manatdan çox olub. Qeyri-faiz gəlirləri də 5 mln manatı keçib.
Bankın kredit və əmanət portfelləri böyüməyə davam edir. Ötən ilin analoji dövrü ilə müqayisədə kredit portfeli 147 mln, yəni 27% artaraq 684 mln manatı ötüb. Qeyd etmək lazımdır ki, verilən kreditlərin əsas hissəsi Yelo Bank-ın prioritet istiqamətlərdən olan real sektorun maliyyələşməsinə yönəldilib. Nəticədə biznes portfel də 34% artaraq 444 mln manata çatıb. İstehlak üzrə kredit portfeli də ötən ilin eyni dövrü ilə müqayisədə 33 mln, yəni 17% artaraq 240 mln manata çatıb. Bu satışın 33%-i, eləcə də portfel artımının 37%-i onlayn kanallar vasitəsilə həyata keçirilib.
Bankın əmanət şərtləri müştərilər üçün cəlbedici olmağa davam edir. Belə ki, il ərzində 4000-ə yaxın müştəri əmanətlərini Yelo Bank-a etibar edib. Nəticədə bu istiqamət üzrə portfel artaraq 592 mln manata çatıb.
Hesabat dövrünə Bankın məcmu kapitalı 96 milyon manatı ötüb. Bu da requlyativ tələbdən 46 milyon manat çoxdur. Məcmu kapitalın adekvatlıq əmsalı 12.04%, birinci dərəcəli kapitalın adekvatlıq əmsalı isə 7.44% olmaqla, hər iki göstərici üzrə tələb olunan normanı üstələyir.
Xatırladaq ki, Yelo Bank 3 illik strategiya planını uğurla başa vurmaqdadır və bu planda qarşıya qoyulmuş bütün hədəflərə artıqlaması ilə nail olub. Hal-hazırda Bankın növbəti 3 illik strategiyası üzərində iş gedir. Bu yeni strateji dövrdə də Bankın əsas hədəfləri bazarda mövqeyini, real sektora dəstəyini gücləndirmək, rəqəmsal filialların sayını artırmaq, nağdsız dövriyyənin inkişafına töhfə verməkdir. Yelo Bank bundan sonra da müştəri ehtiyaclarını qarşılayan innovativ bankçılıq həlləri təqdim edəcək.
Bank xidmətləri haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram və ya Whatsapp hesablarımıza yazın.
Yelo Bank – Parlaq bankçılıq!