Əmanətlərin sığortalanması ilə bağlı bəzi dəyişiklik gözlənilir.
ANS TV-nin məlumatına görə, Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov bununla bağlı açıqlama verib. Dəyişikliklərdən biri budur ki, “əgər bir vətəndaşın bankda krediti varsa, onun bura qoyduğu əmanət sığortalanmış olacaq”. Hazırda bankda əmanəti olanlar, həmin bankdan kredit götürdükdə onların bankdakı əmanətləri sığotalanmır. Bütün bunlar hələ müzakirə mərhələsindədir. İndiki şərtlər isə əmanətin qorunması üçün onun maksimum 30 min manat və 12%-lə yerləşdirilməsini tələb edir. Əmanətçilərə də pullarını banka qoyarkən bu tələblərə əməl etmələri tövsiyyə olunur.
Azad Cavadovun əhaliyə başqa məsələhətləri də var:
“Cari məbləğdə qoyulan pullar manatla olsa daha yaxşı olar. Yəni az müddətə banka qoyulan pullar. Müddətli pulların isə dollarda və ya digər valyutalarda saxlanılması məsləhətdir. Manat və dollar bir-birilə qarşılıqlı olduğu üçün, dollarda dəyər qazanan manatda öz dəyərini itirəcək və ya əksinə. Pulların bölüşdürülüb saxlanılması ən uyğun variantdır”.
[su_youtube url=”https://www.youtube.com/watch?v=7bTOjZ1b0Wg”]