Unibank Azərbaycan xalqını 18 oktyabr Dövlət Müstəqilliyi günü münasibətilə təbrik edir, müstəqilliyimizin əbədi olmasını arzulayır. Bu əlamətdar gün münasibəti ilə bank xüsusi aksiyaya başlayır. Oktyabrın 15-dən 21-dək davam edən kampaniya çərçivəsində, ölkə vətəndaşları 10.000 manatadək komissiyasız nağd kredit əldə etmək üçün Unibank filiallarına müraciət edə bilər. Unibank-da manat kreditləri 36 ayadək müddətə verilir.
Unibank hazırda paytaxt və bölgələri əhatə edən 40 filialı ilə ölkə vətəndaşlarının xidmətindədir. Müştərilərin rahatlığı naminə Unibank-ın filialları, həftənin 5 günü nahar fasiləsi olmadan səhər saat 09.00-dan axşam 17.00-dək, şənbə günləri isə 10.00-dan 14.00-dək fəaliyyət göstərir.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank) əldə etmək olar.
Unibank-hər kəsin bankı!