2 C
Baku
Saturday, December 14, 2024

“Threads”in aktiv istifadəçilərinin sayı 70% azalıb

“Meta” şirkətinin yaratdığı “Threads” sosial şəbəkəsinin aktiv istifadəçilərinin sayı ardıcıl ikinci həftədir azalır, Banker.az bu barədə Forbes-ə istinadən xəbər verir. Tətbiq iyulun 6-da istifadəyə verilib və aktiv istifadəçilərin sayı iyulun 7-də pik həddə çatıb. Lakin, sonra azalmağa başlayıb və bu həftə demək olar ki, 70% azalaraq 13 milyon nəfərə düşüb.

Qeyd edək ki, “Twitter”in təxminən 200 milyon aktiv istifadəçisi var. “Meta” daha əvvəl “Threads”də istifadəçi aktivliyində azalma gözlədiyini, lakin bunun narahatlığa səbəb olmadığını bildirib. Şirkət proqramda əlavə funksiyaları işə salacağını, o cümlədən çoxsaylı hesablar üçün dəstək, yazıları redaktə etmək və lenti xronoloji ardıcıllıqla təşkil etmək kimi yeniliklərdən bəhs edib.

İşə düşdükdən sonra beş gündən az müddətdə “Threads” 100 milyon istifadəçi toplayaraq, yeni rekorda imza atıb. Əvvəlki rekord “ChatGPT”ə məxsusdur, lakin bu platformanın eyni sayda istifadəçi toplaması iki ay çəkib.

Son xəbərlər
Digər xəbərlər