Əmlak Məsələləri Dövlət Xidməti “CTC Holdinq” ASC-ni məhkəməyə verib.
Banker.az-ın məlumatına görə, Əmlak Məsələləri Dövlət Xidməti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr – İcarə müqaviləsi üzrə mübahisələr barədə tələb irəli sürüb.
İddia hakim Zaur Pirverdiyevin sədrliyi ilə araşdırılacaq. İşə Bakı Kommersiya Məhkəməsində baxılır.
1997-ci ildə yaradılmış “CTC Holdinq” tabeliyində olan və müxtəlif sahələrdə fəaliyyət göstərən şirkətlər qrupundan ibarətdir. Holdinqə daxil olan şirkətlər aşağıdakılardır.
- “Xızı Aqro Park” MMC
- “Aqro Qida” MMC
- “Xınalıq İM” MMC
- “CTC Servis” MMC
- “CTC İnvest” MMC
- “MEAT DAİRY” MMC
- “MİLK PRO” MMC