15 C
Baku
Tuesday, May 14, 2024

Dünyada insan beyni olan ilk çip yaradıldı

Avstraliyada alimlər insan beyin hüceyrələri ilə elektron çip yaratmağa nail olublar.

Bu barədə “Tom’s Hardware” nəşri məlumat yayıb.

Monaş Universitetinin bir qrup tədqiqatçısı öz inkişaflarını “DishBrain” adlandırıb. Onun elektrodlarında 800.000 insan və siçan beyin hüceyrələrindən istifadə edilib. Təcrübə zamanı alimlər qeyri-adi “beyin”ə beş dəqiqə ərzində mənimsədiyi “Pong” oyununu öyrədiblər.

Tədqiqat qrupunun elmi rəhbəri artıq bildirib ki, DishBrain-in imkanları yeni nəsil maşın öyrənməsinin əsasına çevrilə bilər.

Son xəbərlər
 ⁠
Digər xəbərlər