Rusiya və Suriyaya hərbi təchizatın təminatına görə Avropa İttifaqı (Aİ) İrana qarşı yeni sanksiyaları təsdiqləyib.
Ötən həftə Aİ XİN başçılarının toplantısında qəbul olunan sanksiyalarla bağlı yekun qərar Aİ-nin rəsmi jurnalında dərc olunub.
“İranın pilotsuz uçuş aparatları istehsal etmək qabiliyyətini artıra biləcək mal və texnologiyaların Aİ mənşəli olub-olmamasından asılı olmayaraq, ölkədə istifadəsi üçün İrandakı hər hansı fiziki və hüquqi şəxsə birbaşa və ya dolayı yolla satılması, tədarükü, ötürülməsi və ya ixracı qadağandır”, – qərarda deyilir.
Qeyd edək ki, bu, Aİ-nin İrana qarşı üçüncü ayrı sanksiyalar mexanizmidir. Birincisi İranın nüvə və raket proqramlarına qarşı yönəlib, ikinci sanksiyalar mexanizmi isə bu ölkədə insan haqlarının pozulması iddiaları ilə bağlı tətbiq olunub.