“Samsung” şirkəti “Samsung Galaxy Unpacked” onlayn tədbiri çərçivəsində qatlanan smartfonların yeni nəslini, Galaxy Z Fold5 və Galaxy Z Flip5-i təqdim edib, Banker.az bu barədə Kommersant-a istinadən xəbər verir. Yeni məhsulların satışı avqustun 11-də baş tutacaq, Galaxy Z Fold5-in qiyməti 1.8 min dollardan, Galaxy Z Flip5-in qiyməti isə 1 min dollardan başlayacaq.
Z Fold5 modeli 6.2 düymlük xarici və 7.6 düymlük daxili ekran, Snapdragon 8 Gen 2 prosessoru, 12 Gb operativ və 256/512/1 Tb daxili yaddaş, sürətli yükləmə funksiyasını dəstəkləyən 4400 mAh tutumlu akkumulyator və eSIM texnologiyasını alıb.
Daha kompakt olan Z Flip5 modeli isə 3.4 düymlük xarici və 6.7 düymlük əsas ekran, Snapdragon 8 Gen 2 prosessoru, 8 Gb operativ və 256/512 Gb daxili yaddaş, sürətli yükləmə funksiyasını dəstəkləyən 3700 mAh tutumlu akkumulyator ilə təchiz edilib.
Hər iki smartfon qatlama funksiyasını nəzərə alaraq təkmilləşdirilmiş Android əməliyyat sisteminin yenilənmiş versiyasını əldə edib.