14 C
Baku
Sunday, September 29, 2024

Padşah və yoxsul

Yolun kənarında yoxsul bir kəs oturmuşdu. Papaqsız, köynəksiz, ayaqqabısız.

Qızmar günəş onun başını bişirmişdi. Milçəklər onun bədəninə, üzünə yapışmışdılar. O, çoxsaylı və ağrılı dişləmələrdən inildəyirdi.

Bu zaman yoxsulun oturduğu yerin yanından silahlı qüvvələrin müşayiəti ilə padşah keçirdi. Padşahın yoxsula yazığı gəlir.

Və ona müraciət edərək deyir:

– Mənim bu gün əhvalım çox yaxşıdır. Çox səxavətliyəm bu gün. İstənilən xahişini yerinə yetirəcəyəm! Bu dünyada var olan hər bir şey mənə tabedir! Hər kəs məndən qorxur!

Yoxsul zəhlətökən milçəklərdən və istidən əziyyət çəkərək padşahın qarşısında əyilərək yalvarır:

– Allah xətrinə! Bu milçəklərdən mənim canımı qurtar! Ölürəm!

Padşah çiyinlərini çəkərək buyurur:

– Xeyr! Milçəklər mənə tabe olmurlar! Mən onları qova bilmərəm!

Padşah məiyyəti ilə birlikdə yoluna davam edir. Yoxsul isə yolun kənarında bədəninə milçəklər yapışmış halda oturmağa davam edirdi.

Onun yanına hər bir tərəfdən insanlar yaxınlaşmağa başlayırlar:

-Xoşbəxt insan! Yəqin ki, padşah sənə varlı adam olmağa kömək etdi!

Yoxsul üzünü turşudaraq cavab verir:

– Mən padşahın belə gücsüz olduğunu bilməzdim! O məni milçəklərdən belə xilas edə bilmədi! Yer üzündə isə milçəklərdən daha zəif məxluq yoxdur!

Son xəbərlər
Digər xəbərlər